Tarixdə ilk dəfə qızılın unsiyası 4 400 dolları keçib

A- A A+

Qızılın birja dəyəri tarixdə ilk dəfə unsiya üçün 4400 dolları keçib.

NUHÇIXAN xəbər verir ki, bu, Nyu-York Əmtəə Birjasında (COMEX) ticarət məlumatları ilə təsdiqlənib.

Belə ki, 18 dekabr tarixində, Bakı vaxtı ilə saat 20:29-a olan ticarətdə qiymətli metalın fevral fyuçersləri 0.79 % artaraq unsiya üçün 4 408.6 dollar səviyyəsinə yüksəlib. Əvvəlki qiymət unsiya üçün 4 398 dollar səviyyəsində qeydə alınıb.

2025-ci ilin əvvəlindən etibarən qızılın birja qiymətləri 60 %-dən çox, gümüşdə isə 116 % artıb. "Bloomberg"in hesablamalarına görə, 2025-ci ildə qızılın 1979-cu ildən bəri ən yaxşı illik artım göstəriciləri qeydə alınıb. Agentliyin izah etdiyi kimi, bu templər mərkəzi banklar tərəfindən aktiv alışlar və investorların istiqraz, valyutalardan çıxışı ilə dəstəklənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: