NUHÇIXAN xəbər verir ki, Naxçıvanda müxtəlif təyinatlı yeni istehsal və xidmət sahələri yaradılır, yaxud mövcud olanların fəaliyyəti bərpa edilir və ya genişləndirilir. 2025-ci ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada dövlət dəstəyi və özəl investisiya qoyuluşu hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələrində 136 layihə üzrə istehsal və xidmət sahələri yaradılıb. Yekunlaşan layihələrdən 64-ü yeni sahələrin yaradılması, 72-si isə mövcud sahələrin genişləndirilməsi məqsədi daşıyıb.
Yekunlaşan sahələr üzrə 82 layihəyə Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4 milyon 575 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.
Hazırda icrası davam edən 93 layihədən 38-i yeni müəssisələrin yaradılmasına, 55-i isə genişləndirməyə yönəlib.
