Naxçıvan sahibkarlarının ixrac fəaliyyəti genişlənib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar beynəlxalq bazarlarda fəal iştiraklarını davam etdiriblər. 2025-ci ilin yanvar-noyabr ayları ərzində sahibkarlar 7-si ölkədə, 8-i isə xaricdə olmaqla, ümumilikdə 15 tədbir və sərgidə iştirak ediblər.

Sahibkarlar kənd təsərrüfatı, qida sənayesi, tikinti materialları və digər sahələr üzrə istehsal etdikləri məhsulları “InterFood Azerbaijan”, “Rebuild Karabakh 2025”, “ISM Middle East 2025”, “Anuga 2025”, “Food Expo Qazaqstan 2025” və digər nüfuzlu sərgilərdə nümayiş etdiriblər.

2025-ci ilin yanvar–noyabr aylarında muxtar respublikadan ölkə xaricinə ixracın həcmi 12,8 milyon ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,6 faiz artım deməkdir.

2025-ci ilin yanvar-noyabr ayları ərzində tütün məhsulları, vafli və vafli məmulatları, sement, daş və daş məmulatları, elektrik enerjisi, mineral sular, günəbaxan tumu, şokolad və digər kakao məhsulları, aromatlaşdırılmış içkilər, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, energetik içkilər, üzüm, spirtli içkilər, meyvə şirələri, ərik qurusu və buğda kəpəyi Gürcüstan, Rusiya, İran, Yəmən, Türkiyə, Tacikistan, ABŞ, İraq, BƏƏ, Suriya, Çin, Qırğızıstan, Fələstin və Ukraynaya ixrac edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: