Problemli kreditlərlə bağlı Fərmanın əhatə etdiyi bütün vətəndaşlara SMS göndəriləcək.
NUHÇIXAN xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Tural Feyzullayev deyib.
“Fəaliyyətdə olan bankların müştəriləri SMS-i həmin banklardan, ləğv prosesində olan bankların, eləcə də bank olmayan kredit təşkilatlarının müştəriləri isə “Azərpoçt” MMC-dən alacaqlar", - deyə T.Feyzullayev qeyd edib.