“Fitch Ratings” neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb

A- A A+

2026-cı ildə “Brent” markalı xam neftin qiymətinin builki göstəricidən aşağı olacağı gözlənilir.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı proqnoz “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.

Məlumata görə, “Brent” neftinin orta qiyməti 2025-ci ildəki 69 dollar/bareldən gələn il təxminən 63 dollar/barelə düşəcək.

Agentliyə görə, cari ildə qlobal neft tədarükü əhəmiyyətli dərəcədə artıb və gələn il daha da artacaq. Həm OPEC+, həm də OPEC+ olmayan ölkələrdə hasilat artımı 2026-cı ildə də tələbi üstələməyə davam edəcək. Təklifin tələbi üstələməsinin neft bazarında qiymətlərə təsirsiz ötüşməyəcəyi qeyd olunub. Gələn il qlobal neft tələbatının isə yalnız orta səviyyədə artacağını gözlənilir.

Vurğulanır ki, bəzi hökumətlərin, xüsusən də ABŞ-ın karbohidrogen əsaslı enerjiyə dəstəyi artdıqca enerji keçidi prosesi yavaşlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: