Qızılın qiyməti yeni tarixi rekord həddə çatıb

A- A A+

Gələn ilin fevral ayında çatdırılma üçün nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 500 dollar həddini keçib.

NUHÇIXAN xəbər verir ki, “Comex” birjasının məlumatına əsasən, Bakı vaxtı ilə saat 04:13-ə olan vəziyyətə görə qızılın bir troya unsiyasının qiyməti 2,57 faiz artaraq tarixi maksimum – 4 500,2 dollar təşkil edib.

Cəmi dörd dəqiqə sonra qızılın qiyməti daha da yüksələrək bir troya unsiyası üçün 4 500,9 dollara çatıb.

Qeyd edək ki, oktyabrın əvvəlində Nyu-York Ticarət Birjasında qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir troya unsiyası üçün 4 000 dollar həddini aşmışdı. Oktyabrın 15-də isə dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti növbəti rekordunu yeniləyərək bir troya unsiyası üçün 4 200 dollar (təxminən 31 qram) səviyyəsini keçmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: