Naxçıvanda 9474  daşınmaz əmlak qeydiyyata alınıb

A- A A+

2025-ci ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 9474  daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. 

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 4177-si torpaq sahəsi, 3581-i fərdi yaşayış və bağ evi, 1281-i mənzil, 204-ü qeyri-yaşayış sahəsi,197-si qeyri-yaşayış binası, 34-ü əmlak kompleksidir. 
Cari ilin 11 ayında daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 2,1 milyon manat xidmət haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artım deməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: