Naxçıvanda 7 minə yaxın daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb

A- A A+

2025-ci ilin yanvar–noyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 6929 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 2485-i əmlaka dair texniki pasport, 4444-ü isə torpaq sahəsinə dair plan-ölçü sənədidir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, hesabat dövründə əlavə olaraq 677 torpaq sahəsi, 136 fərdi yaşayış evi, 75 mənzil, 25 qeyri-yaşayış binası, 17 qeyri-yaşayış sahəsi və 2 əmlak kompleksi olmaqla, ümumilikdə 932 yeni daşınmaz əmlak obyektinə ünvan verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: