II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilir

A- A A+

Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilir.

NUHÇIXAN xəbər verir ki, forumda hər iki ölkədən yüksəkvəzifəli rəsmi şəxslər, dövlət qurumları, iş adamları, sahibkar birlikləri və palataları təmsil edən 500-dən çox nümayəndə iştirak edir.

Tədbir Azərbaycan və Türkiyə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, biznes əməkdaşlığının genişləndirilməsi və yeni investisiya imkanlarının təqdim olunması üçün strateji əhəmiyyət daşıyır.

Forum açılış mərasimi, imzalanma mərasimi, investisiya təqdimatları və 4 tematik paneldən ibarət olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: