İki beynəlxalq reys Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

A- A A+

“Finnair” aviaşirkətinə məxsus, Helsinki – Puket marşrutu üzrə uçuş həyata keçirən hava gəmisinin kapitanı, göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbi ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Beynəlxalq hava limanından NUHÇIXAN-a bildirilib ki, “Airbus A350” tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 00:54-də uğurla eniş edib. Dərhal sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib və o, şəhər klinikalarından birinə yerləşdirilib.

Hava gəmisi saat 02:59-da uçuşunu təyinat məntəqəsinə davam etdirib.

Bununla yanaşı, “Cargolux Airlines” aviaşirkətinə məxsus, Çjençjou – Aşqabad marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı, təyinat aeroportunda mövcud olan əlverişsiz meteoroloji şərait səbəbi ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

“Boeing 747” tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 08:32-də təhlükəsiz şəkildə eniş edib.

Bütün tədbirlər müəyyən edilmiş prosedurlara və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına tam uyğun şəkildə həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: