Dövriyyәdә olan ödәniş kartlarının sayı artıb

A- A A+

Banklar vә “Azәrpoçt” MMC sistemlәri üzrә noyabr ayının sonunda dövriyyәdә olan ödәniş kartlarının sayı ötәn aya nәzәrәn 134 min әdәd artaraq 21 milyon 835 min әdәd tәşkil edib.

NUHÇIXAN Mərkəzi Banka istinadla xəbər verir ki, keçәn ilin müvafiq dövrü ilә müqayisәdә bu göstәrici 12,2 faiz artıb.

Ödәniş kartlarında debet kartlarının sayı 14,7 faiz artıb, kredit kartlarının sayı isә 6,7 faiz azalıb. Ödәniş kartlarının artması nağdsız ödәnişlәrin hәcminә müsbәt tәsir göstәrib. Belә ki, noyabr ayı әrzindә ölkәdaxili nağdsız әmәliyyatların hәcmi keçәn ilin müvafiq dövrü ilә müqayisәdә 14,4 faiz artıb.

2025-ci ilin noyabr ayı әrzindә kartlar vasitәsilә hәyata keçirilәn ölkәdaxili nağdsız ödәnişlәrin hәcmi 7,940 milyon manat tәşkil edib. Hәyata keçirilәn nağdsız ödәnişlәrin 6,948 milyon manatı elektron ticarәtin payına düşür. Qalan mәblәğin 990 milyon manatı POS-terminallar, 2 milyon manatı isә özünә xidmәt terminalları vә bankomatlar vasitәsilә gerçәklәşdirilib. İlin әvvәlindәn ödәniş kartları ilә nağdsız ölkәdaxili әmәliyyatların hәcmi ölkәdaxili kart әmәliyyatlarının 67,5 faizini tәşkil edib.

Banklar vә “Azәrpoçt” MMC ödәniş xidmәti şәbәkәlәri üzrә dinamik artım müşahidә olunur. Belә ki, keçәn ilin noyabr ayının sonu ilә müqayisәdә bankomatların sayı 8,5 faiz, POS-terminalların sayı 57,1 faiz artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: