Hesablama Palatası fəaliyyətin qiymətləndirilməsi məqsədilə 2026–2030-cu illər üzrə Strateji planda yeni indikatorların tətbiqini nəzərdə tutur.
NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Palatanın aparat rəhbəri Tamerlan Yusif-zadə "Dövlət auditi ilə bağlı məlumatların ictimaiyyətə düzgün təqdim edilməsində medianın rolu" mövzusunda keçirilən təlim zamanı bildirib.
Onun sözlərinə görə, yeni strateji plana fəaliyyətin qiymətləndirilməsi üçün əlavə indikatorlar, xüsusilə keyfiyyət göstəriciləri daxil edilib.
T.Yusif-zadə qeyd edib ki, bu yanaşma fəaliyyətə daha obyektiv və əhatəli qiymət verilməsinə imkan yaradacaq, həmçinin qərarların qəbulunda analitik əsasları gücləndirəcək.
