Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 24 %-ə yaxın artıb

A- A A+

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 216,591 milyon manat sığorta haqqı toplanılıb.

NUHÇIXAN Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 40,582 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 23,8 % çoxdur.

11 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 18,7 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 16,3 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 365,354 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844,833 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,7 % çoxdur.

11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,8 manat olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: