"Sea Breeze"də daha bir korporativ görüş - FOTOLAR
İş admları və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə "3 min iş adamı" layihəsi çərçivəsində “See Breeze”də daha bir tədbir keçirilib. Layihənin məqsədi milli sahibkarlığa dəstək və şirkətlərin öz brend və məhsullarını tanıtmasına şərait yaratmaq, işgüzar əlaqələri genişləndirməkdir.
Bu dəfə "Kinetic Electro Cars" və "Tahiroğlu İnşaat" şirkətləri "3 min iş adamı" layihəsinə qoşulublar.
Hər iki şirkətin rəhbər və təmsilçilərindən İdris Hüseynov, İslam Rəhimli, Səməd Həsənov, Nəriman Əliyev çıxış edərək özəl sektorda özünəməxsus yeri və rolu olan şirkətlərin hazırkı durumu, beynəlxalq əlaqələri, gələcək plan-perspektivləri barədə məlumat veriblər. Bildiriblər ki, qarşılıqlı əməkdaşlıq iş dünyasında korporotiv əlaqələrin gücləndirilməsi, biznesin inkişafı, yeni sosial layihələrin icrası baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə ölkəmizə elektrikli və hibrid avtomobillərin, onların ehtiyat hisssələrin çatırılması, kredit və lizinq yolu ilə satışı üzrə ixtisaslaşan "Kinetinc Elektro Cars", eləcə də inşaat mallarının topdan və pərakəndə satışı üzrə ölkənin liderlərindən olan “Tahiroğlu inşaat”ın fəaliyyətindən bəhs edən videoçarxlar təqdim edilib.