Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2019-cu ilin yanvar-fevral aylarında 15 milyon 145 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. Həmin dövr ərzində diri çəkidə ət istehsalı 3615 ton, süd istehsalı isə 5141 ton olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,6 faiz, süd istehsalı isə 1,5 faiz artıb.