Azərbaycanda gələn il 1 milyard manatdan çox icbari tibbi sığorta haqqı yığılacağı proqnozlaşdırılır

A- A A+

2026-cı ildə Azərbaycanda 1 milyard 400 min manat icbari tibbi sığorta haqqı yığılacağı gözlənilir.

NUHÇIXAN xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı İcbari Tibbi Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında fərmanda öz əksini tapıb.

Fərmana əsasən, bu, 2025-ci illə müqayisədə 10 % çoxdur.

O cümlədən, gələn il büdcədən maliyyələşən təşkilatlar üzrə 163,875 milyon manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 163,875 milyon manat, qeyri-büdcə sektoru üzrü isə 672,65 milyon manat sığorta haqqı yığılacağı proqnozlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: