Azərbaycanla Qırğızıstan arasında şəhərsalma və memarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

A- A A+

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanovla görüşüb.

Komitədən NUHÇIXAN-a bildirilib ki, görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq, eləcə də şəhərsalma və memarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

A. Quliyev Qırğızıstanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinə göstərdiyi qardaş dəstəyinin yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb. O bildirib ki, cari ildə Ağdam rayonunun Xıdırlı kəndində məktəb binasının açılışı bu dəstəyin ən yaxşı nümunələrindən biridir və gələcəkdə Qırğızıstanla birgə layihələrin daha da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Sonda komitə sədri Qırğızıstan tərəfini 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştirak etməyə dəvət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: