Misin qiymətində yeni rekord qeydə alınıb

A- A A+

Misin bir tonunun qiyməti ilk dəfə 13 min dolları keçib.

NUHÇIXAN xəbər verir ki, misin bir tonunun qiyməti London Metallar Birjasında (LME) 1,5 faizədək artaraq 13 min 187 dollar olmaqla rekord həddə çatıb. Ötən gün isə misin qiymətində 4 faizdən çox artım qeydə alınıb. Noyabr ayının ortalarından bəri misin qiyməti 20 faizdən çox, ötən il ərzindən isə 42 faizədək bahalaşıb.

Ekspertlər qiymətdəki artım tendensiyasının təchizatdakı azalma fonunda davam edəcəyini bildirirlər. Eyni zamanda, dünyanın bir çox yerində potensial mis çatışmazlığı ilə bağlı da xəbərdarlıq olunub.

Qeyd edək ki, mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: