Qızılın qiyməti son həftədə ən yüksək səviyyəyə çatıb

A- A A+

Dünya birjalarında qızılın qiyməti son bir həftənin ən yüksək səviyyəsinə yüksəlib.

NUHÇIXAN xəbər verir ki, hazırda qızılın bir troya unsiyasının qiyməti 4466 dollar səviyyəsindədir.

Ötən il dekabrın 26-da qızılın qiyməti 4549 dolları ötərək rekord həddə çatmışdı. Qızıl qiymətlərində 2025-ci il ərzində 64 faiz bahalaşma qeydə alınıb, həmçinin 1979-cu ildən bəri ən güclü illik artım tendensiyası nümayiş etdirib.

Analitiklərin fikrincə, qiymətdəki bahalaşma ABŞ Federal Ehtiyat Sisteminin rəsmilərinin açıqlamaları, faiz dərəcələrinin endirilməsi ilə bağlı gözləntilərin artması və Venesueladakı geosiyasi gərginlik fonunda təhlükəsiz aktivlərə tələbatın artırması ilə əlaqədardır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: