AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb

A- A A+

Yanvarın 5-də Praqa beynəlxalq hava limanında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıya uçuş həyata keçirən təyyarəsi ilə bağlı insidentin qarşısını aviaşirkətin ekipajı alıb.

Bu barədə NUHÇIXAN-ın sorğusuna cavab olaraq AZAL-dan bildirilib.

Məlumata görə, Praqa–Bakı marşrutu üzrə uçuşdan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb. Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin qarşısı vaxtında alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətlərini təyyarənin ekipajı dayandırıb.

Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır.

Xatırladaq ki, yanvarın 5-də Praqa aeroportunda Praqa-Bakı reysinin gözləmə zalından bir şəxs yoxlamadan keçməyərək qanunsuz olaraq trapa daxil olub və təyyarə istiqamətində gedib. O, digər sərnişinlərdən qabaq təyyarəyə daxil olmaq istəyirmiş. Həmin şəxsin saxlanıldığı qeyd edilmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: