ABŞ avtomobil istehsalçısı “Ford” ötən il ölkədə avtomobil satışlarını 6 faiz artıraraq 2019-cu ildən bəri ən yüksək illik satış göstəricisinə nail olub.
NUHÇIXAN xəbər verir ki, hesabat dövrü ərzində “Ford”un bazardakı payı 0,6 faiz artaraq 13,2 faizə yüksəlib.
Bildirilib ki, ötən il “Ford”un ABŞ-da ümumi avtomobil satışı 2 milyon 204 min 124 ədədə çatıb.
Məlumatda satışların artmasında yük avtomobillərinə (pikaplara) və hibrid nəqliyyat vasitələrinə olan tələbatın mühüm rol oynadığı qeyd olunub. Eyni zamanda, şirkətin elektromobil satışları ötən il 14,1 faiz azalıb, hibrid avtomobil satışları isə 21,7 faiz artıb.
