Qarabağ turizmində böyük canlanma - Bir ildə 2,5 milyondan çox ziyarətçi

A- A A+

Füsunkar təbiəti, tarixi-mədəni abidələri ilə tanınan Qarabağ və Şərqi Zəngəzur ölkəmizin turizm potensialı ilə seçilən bölgələrindəndir. Genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, tarixi-mədəniyyət abidələrinin bərpası, müasir tələblərə cavab verən otellərin inşası regionu cəlbedici turizm istiqamətlərindən birinə çevirir.

Dövlət Turizm Agentliyindən NUHÇIXAN-a bildirilib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 35 hotel fəaliyyət göstərir. Bura, ümumilikdə, 1133 nömrə fondu, 2262 çarpayı daxildir.

Qarabağ və Şərqi Zəngəzura səfərlər “Yolumuz Qarabağa” portalı, həmçinin "e-Polis" və "myGov" mobil tətbiqləri vasitəsilə rəsmi və mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

“Yolumuz Qarabağa” platforması üzərindən fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş müvafiq rayonlara səfərlər üçün icazənin müddəti 5 gündür. Həmçinin Şuşa və Suqovuşanla yanaşı, Laçın, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərinə də fərdi avtomobillərlə səfər etmək mümkündür.

Bununla bərabər, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən vətəndaşların əraziyə giriş icazəsi əldə etməsi təmin olunub. 2025-ci il iyulun 23-dən etibarən xarici ölkə vətəndaşlarının da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər etmələri təmin olunub.

"Yolumuz Qarabağa" portalı üzərindən aparılan statistikaya əsasən, 2025-ci ildə bölgəyə, ümumilikdə, 2 milyon 549 min 857 nəfər səfər edib. Səfərlərin sıralamasına görə ilk yerlərdə Şuşa, Laçın və Xankəndi dayanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: