Babək rayonu abadlaşır - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək  rayonun Yuxarı və Aşağı Buzqov kəndlərində geniş miqyaslı tikinti-quruculuq işləri görülür. 5.2 kilometrlik məsafədə yol tikintisi aparılır. Genişləndirilən  yolda  yeni su keçidləri salınır.

Rayonun Aşağı Buzqov kəndindəki  məktəb binası da yenidən qurulur. Məktəb 3 mərtəbəli, 154 şagird yerlik olacaq.  Təhsil ocağında 11 sinif otağı, 2 elektron löhvəli sinif, idman zalı, müxtəlif laboratoriyalar yaradılacaq. Kənddə həmçinin kənd və xidmət mərkəzləri inşa olunaraq sakinlərin istifadəsinə veriləcək.

 Son illər Babək rayonunda onlarla yeni mərasim evi tikilib. Hazırda yas mərasimlərinin  əksəriyyəti əsasən bu evlərdə təşkil olunur. Babək rayonun Cəhri kəndində də bu məqsədlə  mərasim evi tikilir.  Mərasim evi iki salon və iki mətbəxdən ibarət olacaq.  Babək rayon mərkəzində isə  Elektrik şəbəkəsi üçün inzibati bina, məscid və dövlət qurumlarının yerləşdiyi bina yenidən tikilir. Bu tədbirlər Babək rayonun 40 illik yubileyinə ən yaxşı töhfədir.

Mətin Abbaslı

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: