Hesablama Palatasında yeni audit informasiya sistemi qurulur

A- A A+

Hesablama Palatası "Dövlət auditi informasiya sistemi"nin yaradılmasına başlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə qurumun 2025-ci il büdcəsinin icrası ilə bağlı hesabatında bildirilir.

Məlumata görə, sözügedən sistemin yaradılması məqsədilə qeyri-maddi aktivlər üzrə xərclərin əhəmiyyətli hissəsi məhz bu istiqamətə yönəldilib.

"Dövlət auditi informasiya sistemi" dövlət auditinin rəqəmsallaşdırılması, məlumatların mərkəzləşdirilmiş şəkildə toplanması və böyük verilənlərin təhlili imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Qurum hesab edir ki, yeni informasiya sisteminin tətbiqi audit proseslərinin səmərəliliyinin artırılmasına, şəffaflığın gücləndirilməsinə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: