Ötən il Azərbaycanda elektrik enerjisinin ixracı 250,2 milyon kilovat-saat və ya 17,9 faiz azalaraq 1 milyard 147,3 milyon kilovat-saat təşkil edib.
Energetika Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, elektrik enerjisinin idxalı isə 6,7 milyon kilovat-saat, yəni 3,9 faiz artaraq 177,2 milyon kilovat-saat olub.
Qeyd edək ki, 2025-ci il üzrə Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 milyon kilovat-saat və ya 0,9 faiz artaraq 28 milyard 657,5 milyon kilovat-saat olub.
