Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, yanvarın 15-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2025-ci ilin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. İclasda Nazirliyin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərləri və nümayəndələri iştirak ediblər.

İclasda giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, kollegiyanın sədri Kazım Hüseynəliyev görülmüş tədbirlər nəticəsində ötən il muxtar respublikanın iqtisadi göstəricilərində artıma nail olunduğunu bildirib. Nazirin sözlərinə görə, 2025-ci il Nazirliyin qarşıya qoyulmuş vəzifələrinin icrası baxımından səmərəli il olub. O bildirib ki, hesabat ilində sahibkarlığın inkişafı, ticarət və investisiya imkanlarının genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

İclasın gündəliyinə uyğun olaraq, Nazirliyin struktur bölmələri və tabeli qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin yekunlarına dair hesabatlar təqdim olunub. Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üzrə Dövlət Proqramı”nın icra vəziyyəti haqqında məlumat dinlənilib.

Kollegiyanın sədri Kazım Hüseynəliyev əldə olunan nəticələri qiymətləndirərək Nazirliyin struktur bölmələrinin və tabeli qurumların rəhbərlərinə bir sıra konkret tapşırıqlar verib. Tapşırıqlar müvafiq dövlət proqramının və fəaliyyət planlarının icrası, ticarət və investisiya fəaliyyətinin genişləndirilməsi, sahibkarlığın dəstəklənməsinin davam etdirilməsi, vətəndaşlardan, sahibkarlardan və digər instansiyalardan daxil olan müraciətlərin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, rəqəmsallaşma və digər sahələri əhatə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: