Qazaxıstan 2025-ci ildə Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə 1,3 milyon ton neft tədarük edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “KazMunayGas” milli neft-qaz şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Aktau limanından Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə Qazaxıstan neftinin nəqli ümumilikdə 1,3 milyon ton təşkil edib. Şirkətin proqnozuna əsasən, 2026-cı ildə bu göstəricinin 1,6 milyon tona qədər artacağı gözlənilir.
Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ildə BTC marşrutu ilə təxminən 1,4 milyon ton Qazaxıstan nefti nəql olunub.
