İKTA: Ötən ay Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

A- A A+

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” dekabr ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.

NUHÇIXAN İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) məlumatına istinadla xəbər verir ki, yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 88,83 Mb/s, mobil internetin median sürəti isə 87,92 Mb/s olub.

Noyabr ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi 2,68 MB/s və ya 3,11 faiz, mobil internetin sürəti isə 4,55 Mb/s və ya 5,46 faiz yüksəlib.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: