Vüqar Abbasov: 2036-cı ilədək 100 faiz vergi güzəştləri Naxçıvan iqtisadiyyatına böyük töhfə verəcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov jurnalistlərə müsahibəsi zamanı bildirib ki, sahibkarlara təqdim olunan yeni təşviq mexanizmləri muxtar respublikanın iqtisadi inkişafına ciddi töhfə verəcək.

Onun sözlərinə görə, bu təşviqlər ilk növbədə Naxçıvanda fəaliyyət göstərən müəssisələrin daha da inkişafına və əlavə investorların cəlb olunmasına imkan yaradacaq.

Qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərə əsasən, sosial sığorta ödənişləri növbəti 3 il müddətində 100 faiz təşviq ediləcək, sonrakı dövrdə isə 2036-cı ilə qədər 40 faiz həcmində dəstək göstəriləcək.

Vüqar Abbasov gömrük güzəştlərinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Belə ki, muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələri xammal və materialların idxalı zamanı əlavə dəyər vergisindən azad ediləcək. 

Eyni zamanda, əmlak vergisi, torpaq vergisi, mənfəət vergisi və digər vergilərdən 2036-cı ilədək 100 faiz azadolma tətbiq olunacaq.

Konfederasiya sədri qeyd edib ki, bu addımlar muxtar respublika sahibkarlarına birmənalı şəkildə böyük dəstəkdir və nəticə etibarilə Naxçıvanda yüzlərlə yeni iş yerinin açılmasına şərait yaradacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: