2025-ci ildə ölkədən 735 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. Bu da 2024-cü illə müqayisədə 36,9 faiz çoxdur.
Bu barədə NUHÇIXAN-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Qeyd olunub ki, ixrac olunan məhsulların dəyəri 431 milyon dollardan çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan 537,6 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 334,9 milyon dollar olub.
