Naxçıvan iqtisadiyyatı 4 %-ə yaxın böyüyüb

A- A A+

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında 1 milyard 709,4 milyon manat dəyərində ümumi daxili məhsul istehsal olunub.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə real ifadədə 3,8 % çoxdur.

Bundan başqa, məlumata görə, ötən il muxtar respublikada pərakəndə ticarət dövriyyəsinin dəyəri əvvəlki ilə nisbətən 4 % artaraq 1 milyard 366,3 milyon manat, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 0,3 % artaraq 198,5 milyon manat olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: