2025-ci ilin yanvar-dekabr aylarında muxtar respublikada 474 milyon 240 min 600 manatlıq sənaye məhsulu istehsal edilib.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu da 2024-cü ildəki göstəricidən 7,2 faiz çoxdur. Sənaye məhsulunun 396 milyon 928 min 100 manatı və ya 83,7 faizi malların, 77 milyon 312 min 500 manatı və ya 16,3 faizi isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 78,0 faizi emal, 19,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
