2025-ci ilin yanvar-dekabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 397 milyon 341 min 300 manat vəsait yönəldilib.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a məlumat verilib.
Bildirilib ki, bu, bir il öncəki göstəricidən 45,2 faiz çoxdur.
İstifadə olunmuş vəsaitin 160 milyon 996 min 300 manatı və ya 40,5 faizi məhsul istehsalı sahələrinə, 122 milyon 696 min 300 manatı və ya 30,9 faizi xidmət sahələrinə, 113 milyon 648 min 700 manatı və ya 28,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala vəsait qoyuluşunun 286 milyon 327 min 300 manatı və ya 72,1 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü illə müqayisədə 23,8 faiz çoxdur.
