Naxçıvanda yük və sərnişin daşınması 1 %-dən çox artıb

A- A A+

2025-ci ilin yanvar-dekabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 7 milyon 220 min 600 ton yük, 48 milyon 11 min 700 sərnişin daşınıb.

Bu barədə NUHÇIXAN-a Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 2024-cü illə müqayisədə yük daşınması 1,0 faiz, sərnişin daşınması isə 1,3 faiz artıb.

Bundan başqa, bu ilin yanvar-dekabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki illə müqayisədə 1,9 faiz azalaraq 35 milyon 289 min 100 manat olub. Xidmətlərin 38,1 faizi mobil telefon rabitəsi sahəsində, 65,1 faizi isə qeyri-dövlət sektorunda formalaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: