Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən çox gecikməsi olan 1000 AZN qədər kreditləri (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödəniləcək.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) NUHÇIXAN-a bildirilib ki, qurumun Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən çox gecikməsi olan 1000 manatadək kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib.
İclasda bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə olunub.