Bu il Naxçıvanda yeni elektrik avtobusların istismara verilməsi planlaşdırılır.
NUHÇIXAN xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, ölkədə avtobus parkı yenilənir: "Bu il Naxçıvan Muxtar Respublikasında yeni avtobusların istismara verilməsi planlaşdırılır. Burada elektrik avtobuslarının istismara verilməsi nəzərdə tutulub. Bundan başqa, azad edilmiş ərazilərdə yeni avtobusların istismara veriləcəyi gözlənilir".
