Naxçıvanda İqtisadiyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 14,4 faiz artıb

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 261 milyon 895 min manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 14,4 faiz çoxdur.

NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Qeyd olunub ki, ötən il İqtisadiyyat Nazirliyinin xətti ilə büdcə daxilolmaları ümumi daxilolmaların 90,1 faizini təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: