Qırğızıstanın qızıl-valyuta ehtiyatları tarixdə ilk dəfə 10 milyard dollar həddini keçib.
NUHÇIXAN-ın Qırğızıstan KİV-lərinə istinadən məlumatına görə, bunu prezident administrasiyasının informasiya siyasəti xidmətinin rəhbəri Dayırbek Orunbekov bildirib.
"Bizim ehtiyatlarımız inkişaf etmiş ölkələrin həcmləri ilə demək olar ki, eyni səviyyədədir. Sadə dildə desək, biz elit kluba daxil olmuşuq. Bu göstərici xarici borcun həcmindən 2 dəfə çoxdur və bu bizə valyuta bazarını xarici sarsıntılardan tam qorumağa imkan verir", - deyə o bildirib.
Əvvəllər Qırğızıstan Prezidenti Sadır Japarov bildirmişdi ki, ölkənin qızıl-valyuta ehtiyatları 8,5 milyard dolları keçir, halbuki 5 il əvvəl bu ehtiyatlar cəmi 2 milyard dollardan bir qədər çox idi.
