Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalıb

A- A A+

2025-ci ildə Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 16,3 faiz azalaraq 343 milyon ABŞ dolları təşkil edib.

NUHÇIXAN “RBK”nın araşdırmasına istinadla xəbər verir ki, ötən ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana tranzaksiyaların ümumi məbləği əvvəlki illərlə müqayisədə azalıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə köçürmələrin həcmi 623 milyon ABŞ dollarına çatırdı, 2024-cü ilin yekunlarına görə isə bu göstərici 410 milyon ABŞ dollarınadək enib.

Ümumilikdə ötən il Rusiyadan Azərbaycan, Qazaxıstan və Gürcüstan kimi qonşu ölkələrə pul köçürmələrinin həcmi əhəmiyyətli dərəcədə azalıb. Ən böyük azalma (təxminən 60 faiz) Ermənistan istiqamətində qeydə alınıb.

Bir sıra ekspertlərin fikrincə, Rusiyadan Azərbaycana köçürmələrin azalması mövsümi amillərlə, xaricə pul transferlərinə dair tənzimləyici tələblərin sərtləşdirilməsi ilə, eləcə də miqrasiya nəzarətinin gücləndirilməsi fonunda Azərbaycan əhalisinin Rusiyadan davamlı axını ilə bağlıdır. Rəsmi statistikaya görə, ötən ilin əvvəlinə Rusiyada rəsmi qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı 331 min nəfər idi, ilin sonuna doğru isə bu göstərici 224 min nəfərə enib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: