“Karar” qəzeti: Qars-Naxçıvan dəmir yolunun tikintisi tempi sürətləndirilir

A- A A+

Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun (Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd) tikintisi sürətlənir.

NUHÇIXAN xəbər verir ki, bu barədə fevralın 9-da Türkiyənin “Karar” qəzetində məlumat verilib və 224 km uzunluğunda olan dəmir yolu Zəngəzur dəhlizində “əsas halqa” adlandırılıb.

Nəşr qeyd edir ki, yeni xəttin istifadəyə verilməsi ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşınmasına imkan verəcək.

“Bu xətt üzrə sərnişin qatarlarının sürəti saatda 160 km, yük qatarlarının sürəti isə saatda 100 km-ə çatacaq”, - deyə qəzet bildirir.

Qəzetin məlumatına görə, Qarsdan Naxçıvana gedən dəmir yolu Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ və tamamlayıcı olacaq, həmçinin Çin ilə Avropa ölkələri arasında yükdaşımaları üçün yeni imkanlar açacaq. “Şərqi Anadoluda yeni dəmir yolu Orta Dəhlizin səmərəliliyini artıracaq, regiondakı vəziyyətə birbaşa təsir göstərəcək və Türkiyənin qardaş Azərbaycan, bütövlükdə Türk dünyası ilə əlaqələrini gücləndirəcək”, - deyə qəzetin materialında vurğulanır.

Qəzetdə yeni nəqliyyat arteriyasının Türkiyənin şərq vilayətlərinin, xüsusən də beynəlxalq əhəmiyyətli logistika mərkəzlərinin yaradılacağı İğdırın inkişafına töhfə verəcəyi də vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: