NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev fevralın 19-u Sədərək rayonu və kəndlərindən olan vətəndaşları qəbul edəcək.
Vətəndaş qəbulu saat 11:00-dan etibarən Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin (036) 544-00-60 (daxili nömrə – 128) telefon nömrəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
