İcbari Sığorta Bürosuna sığorta şirkətlərindən daxil olan sorğular 97 faiz azalıb

A- A A+

İcbari Sığorta Bürosuna sığorta şirkətlərindən daxil olan sorğular 97 faiz azalıb.

NUHÇIXAN xəbər verir ki, bu sözləri İcbari Sığorta Bürosunun Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalova büronun 2025-ci ildə icra olunmuş strateji layihələri üzrə hesabatının təqdimatında bildirib.

Onun sözlərinə görə, büro üzvü olmayan sığortaçılar üçün könüllü sığorta müqavilələri üzrə “Forma 4” məlumatlarının elektron qaydada sorğulanmasının təmin edilməsi layihəsi tamamlanıb.

“Nəticədə sığorta şirkətlərinin bu növ sorğular üçün büroya müraciət etməsinə ehtiyac qalmayıb və məlumatların sığorta şirkətləri tərəfindən birbaşa əldə edilməsi imkanı yaradılıb. Bununla da büroya daxil olan sorğuların sayı aylıq təxminən 600-dən 15–20-yə enib, yəni təxminən 97 faiz azalıb”, - deyə X.Camalova vuğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: