Cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 17,6 milyon manatdan çox vergi daxil olub.
Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 faiz və ya 1,2 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 13,7 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 2,5 milyon manat və ya 22,3 faiz artıb.
Ödənilən vergilərin 77,8 faizi qeyri-dövlət sektorunun, 22,2 faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2026-cı ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 235,9 min manat olub.
