İcbari Sığorta Bürosu yeni innovativ layihə hazırlayır

A- A A+

İnkişaf mərhələsini nəzərə alaraq növbəti dövrdə innovativ yanaşmalar və müştəri məmnuniyyətinə əsaslanan dəyişikliklərlə sığorta sektorunda yeni tətbiqlər həyata keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, bu sözləri İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktoru Vüsal Məsiyev büronun 2025-ci ildə icra olunmuş strateji layihələri üzrə hesabatının təqdimatında deyib.

Onun sözlərinə görə, Azərbaycanda icbari sığorta bazarı böyük potensiala malikdir və bu potensialın reallaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

“İSB-nin əsas məqsədi icbari sığorta sisteminin sabitliyinin təmin edilməsi, sığorta olunanların və üçüncü şəxslərin maraqlarının qorunmasıdır. Son illərdə bu sahədə texniki və institusional islahatlar aparılıb, kadr potensialının gücləndirilməsi, həmçinin ictimaiyyətin sığorta savadlılığının artırılması istiqamətində mühüm addımlar atılıb. İSB “Hadisələrin xəritəsi” adlı yeni layihə üzərində iş aparır. Bu layihə Mərkəzi Bankla birgə dəfələrlə müzakirə olunub. Layihəni həm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həm də Daxili İşlər Nazirliyi ilə paylaşmağı planlaşdırırıq. Toplanan məlumatları emal edərək sığorta sektoru və dövlət qurumları üçün faydalı analitik resursa çevirmək niyyətindəyik”, - deyə Vüsal Məsiyev əlavə edib.

Vüsal Məsiyevin sözlərinə görə, layihə vətəndaşların əmlakına və sağlamlığına dəyən zərərlərin minimuma endirilməsinə töhfə verə bilər: “Əsas məqsədimiz odur ki, vətəndaşlarımız daha az zərər görsün, eyni zamanda, riskli hadisələrin sayı azalsın”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: