Ötən il Cənubi Qafqaz Boru Kəmərinə xərclənən vəsait 12 faiz azalıb

A- A A+

2025-ci il ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 71 milyon dollar, əsaslı xərclər isə təxminən 38 milyon dollar olub. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,3 faiz azalma və 1,9 dəfə artım deməkdir.

NUHÇIXAN bp-nin 2025-ci ilin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, il ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetr olub ki, bu da əvvəlki ilin eyni dövründən 0,9 milyon kubmetr çoxdur.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: