Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 8,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 19,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 1,2 milyon ABŞ dolları ixracın, 7,6 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,1 dəfə, idxal isə 8,4 % artıb.
Son nəticədə xarici ticarətdə 6,4 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə 3 % azdır.
