Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 10 %-ə yaxın azalıb

A- A A+

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 16,8 milyon manat təşkil edib.

Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 % azdır.

Bundan başqa, ötən ay muxtar respublikada göstərilən informasiya və rabitə xidmətlərinin dəyəri isə 1 il əvvələ nisbətən 45,4 % azalaraq 1,75 milyon manat olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: