2026-cı ilin yanvar ayında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları 26,6 faiz azalaraq 2 milyon 642,9 min ton təşkil edib. İxrac edilən neft və xam neft məhsullarının dəyəri isə 34,9 faiz azalaraq 1 milyard 238 milyon dollar olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, 2025-ci ilin eyni dövründə ölkədən 3 milyon 460,8 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 1 milyard 903 milyon dollar təşkil edib.
