Ötən ay ərzində 31 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

A- A A+

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar ayı ərzində daşınmaz əmlak üzərində 31 min 20 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Dövlət Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, qeydiyyata alınan mülkiyyət hüququnun 5594-ü (18 faiz) ilkin, 25, min 426-sı (82 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Bu ilin yanvar ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 6420, mənzil – 7338, torpaq sahəsi – 16 min 184, qeyri-yaşayış binası – 271, qeyri-yaşayış sahəsi – 754, əmlak kompleksi – 47 və çoxmərtəbəli yaşayış binası – 6 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 7562-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar ayı ərzində 21 min 928 texniki pasport tərtib edilib, 5271 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: