Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
NUHÇIXAN xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,42 dollar azalaraq 68,23 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,48 dollar artaraq 63,37 dollar təşkil edib.
